Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə şöhrət qazanmışdır.Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqaz, İberiya və Qafqaz Albaniyasından Cənuba doğru – Beynəlnəhreyn və Hindistana gedən ticarət yolları bu şəhərdən keçib getmişdir. Qərbdən uzanan ticarət yolları da Kiçik Asiyanı keçərək Təbriz şəhərində Beynəlnəhreyn və Hindistandan gələn yollarla birləşmişdir. Beləliklə Təbriz şəhərinin inkişaf etməsinə təsir göstərən mühüm amillərdən biri ticarət yolları olmuşdur. Hələ Manna dövləti dövründə bu şəhər mühüm mərkəzlərdən biri olmuşdur. Assur mixi yazılarında şəhərin adı Tavreş kimi çəkilir və burada nəhəng qalanın olması qeyd edilir. Təbriz şəhəri Polibi, Diodor və Ptolomeyə görə Ovront dağının (Səhənd)ətəyində yerləşir. Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal və yaxud Surxab yüksəkliyinin Cənubunda yerləşir. Bu ovalığın səviyyəsi Urmiya gölünün Şimal-Şərq bucağına tərəf getdikcə azalır. Eynal-Zeynal yüksəkliyi dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşməklə bərabər, şəhərin Şimal-Qərbindən başlayaraq Qaradağ silsiləsini Səhənd dağı ilə birləşdirir. Şəhərin Cənubunda dəniz səviyyəsindən 3547 m hündürlüyə malik olub, zirvəsi daim qarla örtülü olan Səhənd dağı ilə şəhər arasında təxminən 50 km məsafə var. Bu dağ qədim Assur mənblərində Uauş dağı adlandırılır.Dağın şimalında və şəhərin cənubunda yerləşən Yanıq adlanan təpələr, dəniz səviyyəsindən 500-600 m hündürdə yerləşir. Şərq tərəfdən şəhəri çox yüksək olmayan Sarı dağ (farslar bu dağı Zərdüguh adlandırır) əhatə edir. Şəhərin ərazisi dəniz səviyyəsindən 1350-1500 mm-ə qədər yeksəklikdə yerləşir. Beləliklə Təbriz şəhərinin ətrafında olan dağlar onu üzük qaşı kimi əhatə etmişdir. Şəhər və onun ətrafının əlverişli təbii-coğrafi şəraiti, orada insan məskənlərinin hələ qədim dövrlərdən yaranmasına səbəb olmuşdur. Təbriz şəhəri və onun ətrafında olan əkin sahələri, habelə bağlar su ehtiyyatı az olan kiçik dağ çayları və arxlar vasitəsiylə suvarılır. Lakin elə çaylar da vardır ki, onlardan yalnız ilin müəyyən dövrlərində istifadə etmək olur. Qalan dövrlərdə isə suyun tərkibində duz məhlulları çox olduğundan suvarılma işi çətinləşir. Belə çaylardan biri də Acıçay çayıdır. Bu çay Savalan dağının Şərq ətəklərindən başlanğıcını alaraq, Sərab mahalını suvardıqdan sonra Xanımrud mahalında İskəndərçayla birləşir və Təbriz şəhərinin Şimalından keçir. Acıçay Mayan, Axola, Baranlı, Satınlı və Şora kəndlərinin ərazisindən keçərək Urmiya gölünə tökülür. Orta əsr müəllifi Həmdullah Qəzviniyə görə vaxtilə Təbriz şəhərinin ətrafında 600-ə qədər kəhriz mövcud olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanda kəhriz suvarma sisteminin tarixi çox qədimdir. Təbriz ərazisi kontinental əraziyə malikdir. Burada qışda tempratur -28, yayda isə 25/30 dərəcə olur. Təbrizdə ən güclü zəlzələ 858 və 1042-ci illərdə baş vermiş və şəhəri yerlə-yeksan etmişdir. Mənbələrin verdiyi məlumta görə Təbrizdə 858-ci ildə baş vermiş zəlzələ nəticəsində şəhərdə 40 min nəfər adam həlak olmuşdur. Təbrizdə yerin xəfif tərpənməsini həmişə hiss etmək mümkündür. Bəzi alimlərə görə yerin belə tərpənməsinə səbəb vaxtilə Səhənd dağının vulkanik olmasıdır. Lakin Xanıkov bunu yer təbəqələrinin dəyişməsi ilə sübut etməyə çalışır. Azərbaycanın təbii və coğrafi şəraitinin əlverişli olması bu ərazidə yaşayan əhalinin yaşaması üçün qədim zamanlardan gözəl imkan yaratmışdır. Müasir Təbriz, Mərənd və Xoy şəhərlərinin yerləşdiyi ərazi Manna dövründə Sanqbitu adlanırdı. Bu ərazi Urmiya gölünün Şimal və Şimal-Qərb ərazisini əhatə edirdi. Xəzər dənizi ilə Urmiya gölü arasndakı ərazi – Təbriz və Miyanə rayonları Zikirtu adlanırdı. Sanqbitu və Zikirtu rayonları öz dövrlərinə görə inkişaf etmiş rayonlar idi. Bunu arxeoloji qazıntılar və yazılı məlumatlar da təsdiqləyir. Belə ki, Assur hökmdarı II Sarqonun Urartu dövlətinə yürüşü zamanı bu ərazi onun ordusunu un və şərabla, habelə yük və minik heyvanı ilə təmin etmişdi. Bu ərazidə əkinçilik və maldarlıqla yanaşı sənətkarlq da inkişaf etmişdi. Ziviyə, Həsənli və Yanıqtəpədən əldə edilən arxeoloji materiallar bu ərazidə sənətkarlığı yüksək inkişaf etdiyini göstərir. Təbriz şəhərinin tarixinin öyrənilməsi üçün Assur hömdarı II Sarqonun (e.ə. 722-701) eramızdan əvvəl 714-cü ildə Manna ərazisinə soyğunçu hücumunun və onun bu hücum haqqında verdiyi məlumatların böyük əhəmiyyəti vardır. Bu hücum zamanı yazılmış II Sarqonun kitabəsi, Manna və habelə Təbriz şəhərinin tarixinin öyrənilməsinə dair ən qiymətli sənəddir. Həmin kitabədə deyilir: ”Tarmakisdə əhəmiyyətli istehkamlar vardır. Burada yaradılan səddlər möhkəmdir. Həmin səddlər böyük xəndəklər vasitəsi ilə dövrəyə alınmışdır. Dövlət qoşunlarının əlavə qüvvəsi də burada saxlanılır. Eyni zamanda onların atları da burada bəslənilir. Ətraf rayonların əhalisi mənim qorxumdan buraya toplanmışdı. Mən bura hücum edən zaman əhali buranı tərk edərək susuz çöllərə qaçmağa məcbur oldu (susuz çöl dedikdə Muğan nəzərdə tutulur). Mən bu mahalı ələ keçirdim. Müdafiə istehkamı halına salınmış yaşayış yerləri arasında döyüşlərə başladım. Daxildə olan yaşayış yerlərinə od vurdum, qala sakinlərinin külli miqdarda olan ərzaqlarını yandırıb məhv etdim. Bundan başqa həmin qala ətrafında olan 30 kəndi də yandırdım.” Tədqiqatçılar II Sarqonun kitabəsində qeyd edilən Tarmakis şəhərinin Təbriz olmasına şübhə etmirlər. Digər tərəfdən həmin kitabədə qeyd olunan Uşkaya qalasının müasir Üsküyə toponimi ilə bir mənşəli olması da diqqəti cəlb edən faktlardandır. Beləliklə II Sarqonun kitabəsi Təbrizin qədim dövr tarixi üzrə hələlik aşkar olunmuş yeganə mənbədir. Lakin İran tarixçiləri şəhəri xeyli gəncləşdirərək onun orta əsrlərdə Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin hakimiyyəti dövründə inşa edildiyini yazırlar. V.F.Minorski qədim erməni dilli mənbələrə istinad edərək Təbrizin Abbasilərin hakimiyyətindən çox-çox əvvəl yarandığını qeyd edir. İran tarixçilərindən Məhəmmədhəsən xan Zinət “Zinət əl məcalis” və “Təqvime buldan “ adlı əsərlərinə istinad edərək Təbrizin Azərbaycanın böyük şəhərlərindən biri olduğunu və xalq arasında Toriz adı ilə məşhur olduğunu göstərir. Onun fikrincə qədim müəlliflər Azərbaycanın paytaxtının Kanza və yaxud Kanzak (Gəncək, Qazaka) olduğunu qeyd etmişlər. Qədim müəlliflər Təbriz şəhərini həm də Şahıstan adlandırırlar. Şahıstan iberdilli xalqlarda möhkəm, erməni dilində isə xəzinə deməkdir. Azərbaycanın qədim hökmdarları, sonra isə Sasani şahları öz xəzinələrini bu şəhərdə saxlayırmışlar. Erkən orta əsr erməni dilli mənbələrdə Təbriz şəhəri həm də Davrij adlandırılır. Bu sözün mənası qrabarca (qədim erməni dili) qisasçı deməkdir. Erməni dilli mənbələrdə göstərilir ki, Arşakilər sülaləsindən olan Ərdəvan Ermənistan hökmdarı Böyük Xosrov ilə bir nəsildən (Ermənistan, Qafqaz Albaniyası və Atropatenada Arşakilər sülaləsinin kiçik qolları hakimiyyətdə olmuşlar.Böyük Xosrov da Ermənistanı idarə edən Arşaki əsilli hökmdardır.Tarixşünaslıqda Arşakilərin türk və parf mənşəli olması haqqında fikirlər var. Ayrıca parfların da türk mənşəli olması haqqında təkzibedilməz faktlar var.) və dost olduğuna görə biri digərinin müttəfiqi imiş. Sasani sülaləsinin banisi Ərdəşir əvvəl Ərdəvanın vəziri imiş. Lakin çox keçmədən o, Ərdəvana xəyanət edib onu öldürmüş, taxt-taca özü sahib olmuşdur. Bu xəbəri eşidən Ərdəvanın dostu və müttəfiqi Böyük Xosrov Ərdəşirdən qisas almaq üçün onunla on il müharibə etmişdir. Bu müharibədə bəzi hallarda Ərdəşirin üstün gəlməsinə baxmayaraq nəticədə Böyük Xosrov onu məğlub edərək Hindistana qədər qovmuşdur. Bu hadisədən sonra Böyük Xosrov eramızın 253-cü ilində Azərbaycanda bir şəhər salaraq onun adını Davrij qoymuşdur. Hər halda bu məlumat yarıməfsanəvi olsa da hələ Sasanilər dövründə Təbrizin bir şəhər kimi varlığını göstərir. Orta əsr müəlliflərndən Yaqut Həməvi və Həmdullah Mustofi Qəzvini Təbriz şəhərinin əsasının qoyulması tarixini Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin bacısı Zübeydə xatunun adı ilə əlaqələndirirlər. Zübeydə xatun isitmə xəstəliyinə tutulmuş, guya Təbrizə gəldikdən sonra sağalmış və bununla əlaqədar olaraq o, bu yerdə şəhər salmaq əmrini vermişdir. ”Təb” fars dilində isitmə, ”riz” isə rixtən felindən olub tökmək deməkdir. Deməli, fars müəlliflərinin iddialarına görə Təbrizin lüğəti mənası isitməni müalicə edən deməkdir. Lakin bütün tarixi faktlar birmənalı şəkildə bu fikri rədd edir. Ən azından Təbriz bu sözün ilkin forması deyil. Qeyd edək ki, Təbriz şəhəri yaxınlığında qazılmış qədim kəhriz indi də Zübeydə kəhrizi adlanır. Ola nilsin ki, Zübeydə xatunun əmri ilə bu şəhərdə bir sıra binalar tikilmiş və abadlıq işləri aparılmışdır və orta əsr müəllifləri də Təbrizin Zübeydə xatunun əmri ilə bina edilməsini qeyd edərkən qədim şəhərin bərpa edilməsini nəzərdə tutmuşlar. Lakin İran tarixçiləri əzəmətli şəhərin tarixini saxtalaşdırmaq üçün mənbələrin yalnış şərhindən istifadə etmişlər. Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olmuşdur. Hazırda Təbriz yaxınlığında Allahu-əkbər dağı üstündə (Baba dağı yaxınlığında) möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları saxlanlır. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur. Mənbələr və arxeoloji faktlar göstərir ki, Təbriz bir şəhər kimi heç də İran tarixçilərinin iddia etdiyi kimi orta əsrlərdə yox, eramızdan əvvəl birinci minillikdən etibarən yaşayış məntəqəsi kimi formalaşmışdır və bu şəhər haqqında ilk dəfə məlumat verən mənbələr qədim Assur mənbələridir. Bu mənbələrdə şəhərin adı Tarui və ya Tarmakis kimi qeyd edilir. Şəhərin adı barədə mütəxəssislər yekdil qərara gələ bilməmişlər. Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu ikiqat qala müasir Təbriz şəhərinin yerində olmuşdur. E.A.Qrantovskiyə görə müasir Təbriz sözünün tələffüzü özü-özlüyündə müəyyənləşdirir ki, bu ad göstərilən Tarui sözündən əmələ gəlmişdir. XII—XIII əsr — Atabəylər dövlətinin paytaxtı olmuşdur. 1375—1468 — Qaraqoyunlular dövlətinin paytaxtı olmuşdur. 1469—1501 — Ağqoyunlular dövlətinin paytaxtı olmuşdur. 1501—1548 — Səfəvilər dövlətinin paytaxtı olmuşdur. Daha sonralar Qacar sülaləsi dövründə İran vəliəhdinin qərargah şəhəri, 1905-1906 illərdə isə İran Konstitusiya İnqilabının mərkəzi olmuşdur. Təbrizdə səkkizdən çox böyük muzey var: Azərbaycan muzeyi Xomeyni xiyabanında Ölçü muzeyi Məşrutiyyə muzeyi bazarda Şəhriyar muzeyi (rəhmətlik şair ustad Şəhriyarın evi) Məqsudiyyə məhəlləsində Ustad Bohtuni muzeyi Lekler məhəlləsinde Qacar muzeyi Şeşgilan məhəlləsində Təbiət muzeyi Azadi xiyabanında, Abresanda Bələdiyyə muzeyi saat (bələdiyyə) bürcunda |
Qədim Azərbaycan şəhəri Təbriz
یازار : TTOTT | بؤلوم : تاريخي و اجتماعي
+0 امتياز