یازار : TTOTT | بؤلوم : ادبي و فرهنگي
+0 امتياز
– Qardaş, çox sağ ol, mənə xəcalət verdin. Xəcalətindən çıxaram. Gəl bir seyrə çıxaq könlümüz açılsın.
Tülkü dedi:
– Elə mənim könlüm seyrə çıxmaq istəyirdi. Çox sağ ol, ürəyimdən xəbər verdin. Hacıleylək dedi:
– Gəl çıx qanadlarımın üstünə, qalxaq göyə.
Tülkü hacıleyləyin qanadının üstünə mindi. Hacıleylək göyə qalxdı. Bir az uçandan sonra hacıleylək tülküyə dedi:
– Qardaş, bax, gör yer nə təhər görünür?
Tülkü dedi:
– Bir xırman boyda görünür.
Hacıleylək bir az da yuxarı qalxıb dedi:
– Qardaş, indi bax, gör nə təhər görünür?
Tülkü baxıb dedi:
– Heç nə görünmür.
Hacıleylək bir az da yuxarı uçub dedi:
– Qardaş, tay qanadım ağrıyır, yorulmuşam. Düş aşağı, bir az dincimi alım.
Tülkü dedi:
– Ay qardaş, başına dönüm, qurban olum, mən bu göyün üzündə haraya düşüm? Nə təhər düşüm? Məni aşağı endir.
Hacıleylək dedi:
– Yox, qanadlarım ağrıyır, düşməsən özüm salacağam. Özün bil.
Tülkü hacıleyləyin toruna düşdüyünü bilib, yalvarmağa başladı:
– Qardaş, bir qələtdi eləmişəm, yamanlığa yaxşılıq deyiblər. Gəl bu dəfə günahımdan keç, ölüncə sənə xidmət edərəm.
Hacıleylək onun sözünü qəbul eləməyib dedi:
– Yox, yaxşılığa yaxşılıq, yamanlığa yamanlıq deyiblər. Nə əkərsən, onu biçərsən, mən sənə borclu idim, borcunu verirəm.
Çox yalvar-yaxardan sonra hacıleyləyin ürəyi
yumşaldı, tülküyə yazığı gəldi. Göydən aşağı endi, yerə çatmağa beş-on
arşın qalmış – “Al gəldi!” – deyib tülkünü qanadının üstündən tulladı.
Hiyləgər tülkünün qol-qabırğası elə əzildi ki, düz bir ay yerindən
tərpənə bilmədi. Həmin gündən hacıleyləklə tülkünün dostluğu sona çatdı.
Bu yerdə atalar yaxşı deyiblər ki, taylı tayın tapmasa, günü ah-vayla
keçər.