Naz eyləmisən ناز الييسن

+0 امتياز

Çoxlar incikdi ki sən onlara naz eyləmisən
Məndə incik ki mənim nazımı az eyləmisən
 
Etmisən nazı bu viranə könüldə sultan
Evin abad ola dərvişə niyaz eyləmisən
 
Hər baxışda çalısan kipriyi mizrab kimi
Bir qulaq ver bu sınıq qəlbi nə saz eyləmisən
 
Başdan aç yaylıği əfşan eylə susən sünbül
Sən bizim bayramımızsan qışı yaz eyləmisən
 
Sən gün(günəş) ol qoy qəmimiz dağda qar olsun ərisin
Mənim ancaq işimi suzoqodaz eyləmisən
 
Mən bu mə`nadə qəzəl yazmağa halım yoxudu
Sən cocuq tək qocanı fırfırabaz eyləmisən
 
Kakili başda burub bağlamısan taac kimi
O qızıl saçdan ona güllü qotaz eyləmisən
 
Sinə bir dəşt-i muğandı quzu yanyanə yatıb
Mənim ağlar gözümü orda araz eyləmisən
 
Bu gözəllik ki cəhanda sənə vermiş tanrı
Hər qədər naz eləsən eylə ki az eyləmisən
 
Məni bu suzilə atdın aralandın bilirəm
Aranı bir para namərdilə saz eyləmisən
 
Dəstəmaz eylədiyin çişmə məsiha qanıdır
Bilmirəm hansı klisadə namaz eyləmisən
 
Mən əşirran oxusam pəncə əraq ustə gəzər
Gözəlim tur olalı tərk-i hicaz eyləmisən
 
Taza şaiir bu dəniz hər nə baxırsan dibi yox
Çox uzatsan boğazı ördəyi qaz eyləmisən
 
Bəs ki zülf o xət o xalın qopalağın götdün
Zülfəlinin başını az qala daz eyləmisən
 
Gəl mənim istədiyim kə`bə yıxılmaz ucalar
Başdada kəj gedəsən dibdə taraz eyləmisən
 
Xət o xalından alıb məşqini qur`an yazaram
Bu həqiqətlə məni əhl-i məcaz eyləmisən
 
Məni dan ulduzu yaxşı tanırsan ki səhər
Ufuqi xəlvət edib raz o niyaz eyləmisən
 
Şəhriyarın dağılıb dağda daşa daldalanıb
Özün insaf elə məhmudi əyaz eyləmisən



  • [ ]